Qırğızıstanda dövlət rəmzi müəmması: Prezidentin təsdiqlədiyi deyil, başqa
bayraq qaldırıldı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bişkekin mərkəzindəki Ala-Too meydanında artıq Qırğızıstanın yeni bayrağı
dalğalanır.
Ancaq bir nüans sosial şəbəkənin yerli seqmentindəki istifadəçilərin çoxsaylı
müzakirəsinə səbəb olub.
Onlar qeyd edirlər ki, bu yenilənmiş bayraq parlamentin qəbul etdiyi, sonra
isə Sadır Japarovun təsdiqlədiyi ilə eyni deyil.
Belə ki, hazırda bayraq dirəyində dalğalanan dövlət rəmzinin təsvirində düz
şüalar Günəşə birləşib. Ancaq parlament qanun layihəsini qəbul edərkən
ictimaiyyətə bir qədər fərqli dizaynı təqdim olunmuşdu.
Səlahiyyətlilər hələlik vəziyyətlə bağlı açıqlama verməyiblər.
Xatırladaq ki, respublika dekabrın 26-da rəsmi olaraq bayrağını dəyişib. Yeni
rəmzdə bayraqdakı Günəşin şüalarının dalğavari forması düz formayadəyişdirilib
Qanun layihəsinin təşəbbüskarları bildiriblər ki, bir çox insanlar belə
şüaları günəbaxanlarla əlaqələndirirlər. Halbuki, bu bitki Qırğızıstanın əsas
kənd təsərrüfatı məhsulu da deyil.
Deputatların fikrincə, düz şüalar Günəş şüalarına daha çox bənzəyir.
Mənbə: “Sputnik” Qırğızıstan