Qırğızıstanda polis qaydanı pozan həmkarını cərimələdi – VİDEO

Qırğızıstanda polis qaydanı pozan həmkarını cərimələdi – VİDEO

Baxış sayı: 3. 549 dəfə baxılıb.

Qırğızıstanda Yol hərəkəti təhlükəsizliyinin təmin olunması idarəsinin əməkdaşı öz iş yoldaşına qarşı inzibati protokol tərtib edib. Buna səbəb sonuncunun dayanma-durma qaydalarını pozmasıdır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Sputnik-Qırğızıstan” məlumat yayıb.

Hüquq mühafizə orqanı əməkdaşı öz həmkarına qarşı protokolu hər şeyi telefonun kamerası ilə qeydə alan vətəndaşı tələbi əsasında yazmalı olub. Hadisənin görüntüsü “YouTube” videoportalına yerləşdirilib.

Videoda vətəndaşın telefonun kamerası ilə yol polis əməkdaşlarına yaxınlaşaraq, nə üçün qaydalara əməl etmədiklərini soruşduğunu görmək olur.  Polis əməkdaşları vətəndaşın tələbi ilə razılaşaraq özlərinə qarşı protokol tərtib etməli olub.

.
www.ÇıxışYolu.Com