Futbol üzrə Qırğızıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi Aleksandr Krestinin mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq matç üçün 23 futbolçuya dəvət göndərib.
Qapıçılar: Kutman Qədirbəyov, Valeri Kaşuba (hər ikisi “Dordoy”), Kalıs Akimaliyev (“Abdış-Ata”);
Müdafiəçilər: Kursanbəy Şeratov, Tamirlan Kozubayev, Bəxtiyar Duyşobəyov, Əsgərbəy Saliyev, Avazbəy Ötkəyev, Mustafa Yusifov (hamısı “Dordoy”), Amanbəy Manıbəyov (“Abdış-Ata”), Şirzad Şakirov (“Neftçi”);
Yarımmüdafiəçilər: Pavel Sidorenko, Əziz Sıdıkov, İslam Şamşiyev, Murolimcan Əhmədov, Qeyrət Jırqalbəyoğlu, Bəycan Saqınbayev (hamısı “Dordoy”), Adilcan Əbdürəhmanov (“Alay”), Fərhad Musabəyov (“İlbirs”), Əlimərdan Şükürov (“Abdış-Ata”), Dursunəli Rüstəmov (“Alqa”);
Hücumçular: Mirlan Murzayev (“Somaspor”, Türkiyə), Roman Levçenko (“Torpedo” Şadrinsk, Rusiya).
Qeyd edək ki, Qırğızıstan yığması 22-30 mayda Bakıda təlim-məşq toplanışı keçirəcək. Azərbaycanla görüş saat 20:00-da start götürəcək.
S.T.
www.ÇıxışYolu.Com