Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı “Qırmızı adam” layihəsi ilə tanınan Faiq
Ağayevdir.
O, təbəssüm, gülüş görməkdən motivasiya aldığını deyərək çəkilişlər zamanı
zarafat edəcəyi insanları necə seçməsindən danışıb:
“Mən adətən ağsaqqallara yaxınlaşıram. Aralarında çox şirin insanlar olur.
Simalarından onları ayırd edə bilirəm. Söyüş söyən, tamaşaçıda aqressiya yarada
biləcək neqativ insanlara yaxınlaşmıram. Bəzi ağsaqqallar mənim məşhur
pencəyimi görəndə qaçıb harasa girirlər”.
“Qırmızı adam” qeyd edib ki, onu videolarına görə hədələyənlər, məhkəməyə
verənlər belə olub.
“Zəng edib hansısa qohumunun olduğu videonu silməyimi istəyirlər. Hörmətlə
yanaşıb həmin hissəni sosial şəbəkələrdən silirəm. Amma insanlar da başa
düşsünlər ki, “Qırmızı adam” dövrün kiçik bir qəhrəmanıdır. Bir-iki il məni
yola versinlər. Üç ildir məni tapıb döyəcəklərini deyirlər. Amma hələ belə bir
şey olmayıb”, – deyə F.Ağayev söyləyib
Aparıcının “Niyə evlənmirsiniz?” sualına isə “Qırmızı adam”ın cavabı belə
olub: “Geyindiyim kostyum ailə qurmağımın qarşısını alan amillərdən biri olub.
Ailəm mənim üçün hansısa qızla maraqlananda deyiblər ki, belə bir işlə məşğul
olan adamı istəmirik”.
Ətraflı süjetdə:
qurmağımın qarşısını alan amillərdən olub”
“Qırmızı adam” Faiq Ağayev: “Geyindiyim kostyum ailə qurmağımın qarşısını alan
amillərdən olub”