8c12d788-2f52-4d3b-8eee-84a7592e60a4..jpg

Qırmızı dənizdə böhran davam edir: Husilərin PUA-ları zərərsizləşdirildi

Baxış sayı: 475 dəfə baxılıb.

Qırmızı dənizdə böhran davam edir: Husilərin PUA-ları zərərsizləşdirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ ordusu “Ənsar Allah” hərəkatının döyüşçülərinin Yəmən ərazisindən
atdıqları iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bu barədə ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və koalisiya gəmisi husilərin
nəzarətində olan Yəmən ərazisindən atılan iki PUA-nı məhv edib”, –
komandanlığın “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilir.

Bildirilir ki, husilər ABŞ-nin Qırmızı dənizdəki “Laboon” gəmisinə doğru
ballistik raket də buraxıblar. Hər hansı zərər və itkilər barədə məlumat
verilmir.

Mənbə: TASS

Source link