2e15ea63-c754-41c0-8bab-68ed28cce038..jpg

Qırmızı dənizdə daha bir gəmiyə hücum olub – FOTO

Baxış sayı: 705 dəfə baxılıb.

Qırmızı dənizdə daha bir gəmiyə hücum olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yəmən sahillərində gəmiyə hücum olub.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Koordinasiya Mərkəzi
(UKMTO) məlumat yayıb.

Bildirilir ki, hadisə Yəmənin Moha şəhərindən 54 dəniz mili şimal-qərbdə baş
verib.

“Gəmi kapitanlarına ehtiyatlı davranmaq və hər hansı şübhəli fəaliyyət barədə
UKMTO-ya məlumat vermələri tövsiyə olunur”, – deyə məlumatda bildirilir.

Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırırlar.

Xatırladaq ki, bir neçə gün öncə “Ənsar Allah” (husilər) hərəkatının üzvləri
Qırmızı dənizdə Britaniyanın “Andromeda Star” neft tankerinə raketlərlə hücum
etdiklərini bildirmişdilər. Elə həmin gün ABŞ-nin dəyəri 30 milyon dollar (50
milyon manat) olan “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) vurublar.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmas qarşıdurmasının
başlamasından sonra husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum etmək
niyyətlərini açıqlayıblar. Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləri də
hücumlara məruz qalır. Aprelin ortasında üsyançıların lideri Abdel Malik
əl-Husi bildirmişdi ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının yeni
eskalasiya mərhələsi başlayandan bəri ən azı98 gəmiyə
hücum ediblər.

Mənbə: RT

Source link