Qırmızı korpuslu “iPhone” təqdim olundu

Qırmızı korpuslu “iPhone” təqdim olundu

Baxış sayı: 2. 174 dəfə baxılıb.

“Apple” korporasiyası qırmızı korpuslu yeni “iPhone 8” modelini təqdim edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Yeni versiya “RED” xeyriyyə kampaniyası çərçivəsində ərsəyə gəlib. Ona görə də, xüsusi versiyanın buraxılışından əldə olunan gəlirin bir hissəsi Qlobal QİÇS əleyhinə mübarizə fonduna köçürüləcək.

Yalnız “iPhone 8” və “8 Plus”un 64 və 256 qiqabayt versiyalarının qırmızı korpuslu olacağı bildirilir (qırmızı korpuslu “iPhone X” buraxılmayacaq).

Smartfonun satışına, 700 dollardan başlayan qiymətlə aprelin 13-də  start veriləcək.

F.M.
www.ÇıxışYolu.Com