“Qisas əməliyyatı”ndan EKSKLÜZİV KADRLAR – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV 2022-ci ilin avqust ayında həyata keçirilən “Qisas əməliyyatı”ndan
eksklüziv görüntülər təqdim edib.
Qeyd edək ki, Ermənistan silahlı birləşmələri 2022-ci il avqustun 3-də
Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib.
Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Anar Rüstəm oğlu Kazımov
şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri
Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən
Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd
göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində
Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu
Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.
Ardınca bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və
təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülüb.
Həmin görüntüləri təqdim edirik: