bf08ba03-9f39-4e50-854e-bf12b16beb0e..jpg

“Qisasçılar” filminin ulduzu qəzadan bir il sonra çəkilişlərə qayıdır – VİDEO

Baxış sayı: 411 dəfə baxılıb.

“Qisasçılar” filminin ulduzu qəzadan bir il sonra çəkilişlərə qayıdır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktrisa Emma Lord Ceremi Rennerlə birlikdə oynadığı “Kinqstaun meri”
serialının üçüncü sezonunun çəkilişlərinə tezliklə başlandığını elan edib.

Bu barədə o, “Instagram” səhifəsində məlumat verib.

Bir müddət sonra aktyor onun etdiyi paylaşımı öz izləyiciləri ilə bölüşüb və
bununla da Lordun qəzadan bir il sonra çəkilişlərə qayıdacağı sözlərini
təsdiqləyib.

Qeyd edək ki, aktyor serialda əsas rollardan birini oynayır.

Xatırladaq ki, 2023-cü ilin yanvarında Ceremi Renner qardaşı oğlunun yük
maşınını dağıntılar altından çıxarmaq üçün “Pistenbully” markalı qar təmizləyən
maşından istifadə edib. Daha sonra qəza əyləcini basmadan xüsusi texnikanı tərk
edib. Maşın birbaşa onun qardaşı oğluna doğru yan tərəfə yuvarlanmağa başlayıb.
Aktyor onu saxlamağa çalışsa da, tırtıl onu maşının altına çəkib və maşın
Rennerin üstündən keçib. Həkimlər aktyorda 32 sümük sınığı aşkar ediblər.

Mənbə: gazeta.ru


Source link