cc35487c-a8a8-4408-b4bb-cb7029884d1e..jpg

Qısqanclıq zəminində arvadına 29 bıçaq vuraraq öldürən şəxslə bağlı qərar verildi

Baxış sayı: 462 dəfə baxılıb.

Qısqanclıq zəminində arvadına 29 bıçaq vuraraq öldürən şəxslə bağlı qərar
verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Bərdədə arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən
Tural Mustafayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə
iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Mustafayev
17 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi
təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.

Qeyd edək ki, 2021-ci il sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu
Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın
öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət
prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları
tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə
baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə
yetirilib. Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il
təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış
mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq
ekspertizalar təyin edilib. Tural Mustafayev şübhəli şəxs qismində tutularaq
istintaqa cəlb olunub. İttihama görə, Tural Mustafayev arvadını qısqanclıq
zəminində qəsdən öldürüb. O, hadisə zamanı Təranəyə 29 bıçaq zərbəsi endirib.

Source link