edba540b-944a-4930-ac3d-31b79b81e7a8..jpg

Qısqandığı sevgilisini bıçaqlayıb öldürdü – Bakıdakı qətlin təfərrüatı

Baxış sayı: 4. 047 dəfə baxılıb.

Qısqandığı sevgilisini bıçaqlayıb öldürdü – Bakıdakı qətlin təfərrüatı

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirli bilinən Sərxan Məmmədovun cinayət
işi üzrə təfərrüat məlum olub.

Ölkə.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov
küçəsində baş verib. 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu
“Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu, 1989-cu il
təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində beş bıçaq
zərbəsi vurub. Nəticədə P.İsmayılova ölüb.

Həmin gecə Sərxan Məmmədov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən
saxlanılıb.

Binəqədi Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi
ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan Məmmədov bildirib ki,
Pərvanə İsmayılova ilə 2019-cu ildə tanış olub. Aralarında yaxın münasibət
yaranıb. Bir müddət qadının kirayədə qaldığı evdə birlikdə yaşayıblar. Amma
təxminən iki aydan sonra mübahisələri yarandığından ayrılıblar.

Noyabrın 10-da dostu Cabirin vasitəsilə Pərvanə ilə barışıb və Binəqədi
qəsəbəsində kirayədə yaşayıblar.

Bir müddət sonra Pərvanə ona birgə yaşamaq istəmədiyi haqda mesaj göndərib.

Sərxan axşam evdən mətbəx bıçağını götürüb “Bilyard” çay evinə yollanıb. Onun
sözlərinə görə, məqsədi qadınla barışmaq olub. Obyektdən əvvəl Cabir, sonra isə
Pərvanə çıxıb. Onu öldürəcəyini deyib cibindəki bıçağı çıxarmaq istəyəndə Cabir
ona mane olmağa çalışıb. Buna baxmayaraq, Sərxan qadına beş bıçaq zərbəsi
endirib.

Hadisədən sonra qaçıb, bıçağı zibil yeşiyinə tullayıb.

Məhkəmə prosesi zamanı Sərxan Məmmədov özünü qismən təqsirli bilib. Məhkəmənin
hökmü ilə Sərxan Məmmədov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Source link