acb63adb-5ca3-407c-88f9-49752a9cfeef..jpg

Qiyməti artırılan taksi xidmətinin keyfiyyəti də dəyişdimi? – VİDEO

Baxış sayı: 501 dəfə baxılıb.

Qiyməti artırılan taksi xidmətinin keyfiyyəti də dəyişdimi? – VİDEO

İyulun 24-də ölkədə fəaliyyət göstərən xarici taksi şirkətləri tərəfindən
yaxın məsafəyə qiymətlər 2 manat 50 qəpiyə qaldırıldı.

Xezerxeber.az xəbər verir ki, qiymət dəyişikliyinin əsas məqsədlərindən biri
də bu sahədə xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması idi.

Bəs, qiymətin bahalaşması neqativ halların azalmasına necə təsir edib?

Sərnişinlərin mövcud vəziyyətlə bağlı fikirləri birmənalı deyil. Onların
əksəriyyəti qiymət artımından sonra ciddi dəyişiklik hiss olunmadığını deyirlər.

Sürücülər isə bahalaşmadan sonra bu sahədə xidmət keyfiyyətinin artdığını
iddia edirlər.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yaxın məsafələr üçün
qiymətlərin artırılması keyfiyyətin yüksəldilməsinə hesablanmışdı. Ekspertin
sözlərinə görə, xoşagəlməz halların qarşısını kompleks tədbirlər görməklə almaq
olar.

Görünən odur ki, bu sahədə aparılan islahatlar tam effektiv deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link