Qiymətləndirmədən keçən müəllimlərin maaşları artıb

Qiymətləndirmədən keçən müəllimlərin maaşları artıb

Baxış sayı: 5. 904 dəfə baxılıb.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin və gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib.

Oxu. Az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli, 102 nömrəli qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan  və pedaqoji staj üç ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 385 manata yüksəldilib. 

Pedaqoji staj üç ildən 8 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 413 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 435 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 462 manata, pedaqoji staj 18 ildən çox olan ali təhsilli müəllimlərin maaşı 495 manata qaldırılıb.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan  və pedaqoji staj üç ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 352 manata, pedaqoji staj üç ildən 8 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 369 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 385 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 407 manata, pedaqoji staj 18 ildən çox olan orta ixtisas təhsilli müəllimlərin maaşı 424  manata qaldırılıb.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 253 manata, xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox və orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 264 manata, orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək və orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 275 manata, ali təhsilli, pedaqoji stajı 5 ildən çox, orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox, orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq olan və ali hərbi təhsilli (pedaqoji staja tələb qoyulmadan) gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 292 manata yüksəldilib.

.
www.ÇıxışYolu.Com