Qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcmi açıqlandı

Qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcmi açıqlandı

Baxış sayı: 2. 517 dəfə baxılıb.

2018-ci ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6.2 mlrd. manat həcmində əməliyyat aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə çoxdur.

ÇıxışYolu.Com xəbər verir ki, əməliyyatların 48%-i (3 mlrd. manat) ilkin bazarda, 52%-i (3.2 mlrd. manat) isə təkrar həyata keçirilib.

Törəmə maliyyə alətləri üzrə 2.6 mlrd. manat həcmində əməliyyat baş tutub. Onun da 90%-i (2.3 mlrd. manat) valyuta əsaslı fərq müqavilələrin payına düşür.

2018-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 dəfə daha çox repo əməliyyatları aparılmışdır. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 215 mln. manat (56%-i və ya 120 mln. manat Mərkəzi Bankın notları ilə) olub. 

Hesabat dövründə ümumilikdə 4.1 mlrd. manat həcmində (36 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

2018-ci ilin I rübü üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.

.
www.ÇıxışYolu.Com