İnquşetiyanın Xalq Şurasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü Məhəmməd Darsiqov qız qaçırmadığını bildirib.
İnterfaks-ın məlumatına görə, o İslam şəriət qanunları ilə həmin xanımla nikah bağlasa da dövlət nikahının olmadığını söyləyib. “Qız qaçırılması barədə məlumatlar isə həqiqəti əks etdirmir”, – deyə o bildirib.
Daha öncə verilən məlumata görə, deputat evlənmək məqsədi ilə qız qaçırıb.Qaçırılan qızın Malqobek Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi olduğu bildirilir. Yaranmış vəziyyəti Respublikanın ağsaqqalları nizamlayıblar. Onlar qərar veriblər ki, mayın 2-də toy olsun.