Qız Qalası hidroqovşağı tezliklə istifadəyə veriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İran və Azərbaycan arasında “Qız Qalası” hidroqovşağı tezliklə istifadəyə
veriləcək”.
“Trend”in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti regional su
şirkətinin müdiri Yusif Qaffarzadə deyib.
Y.Qaffarzadənin sözlərinə görə, “Qız Qalası” hidroqovşağı təxminən gələn bir
ay ərzində qeyri-rəsmi, iki ay ərzində rəsmi şəkildə istifadəyə veriləcək.
Qaffarzadə əlavə edib ki, Qız Qalası hidtoqovşağının istifadəyə verilməsi ilə
ildə iki milyard kubmetr su iki ölkə tərəfindən istifadə olunacaq. Hər iki
ölkənin payı 50%-dir.
Şirkət rəsmisi deyib ki, bu hidroqovşağın tutumu 65 milyon kubmetrdir.