Qıza görə həm tanışını, həm özünü bıçaqladı
Bakıda iki nəfər arasında tanışlıq münasibətlərinə görə münaqişə yaşanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Yasamal rayonunda yerləşən
mənzillərdən birində baş verib. Belə ki, A.Məhərrəmov adlı sakinin bıçaqlanması
ilə bağlı polisə müraciət daxil olub. Polis tərəfindən keçirilən araşdırmalar
zamanı məlum olub ki, A.Məhərrəmov tanışı O.Bayramov tərəfindən bıçaqlanıb.
O.Bayramov A.Məhərrəmovu bıçaqladıqdan sonra özünə də xəsarətlər yetirib. Hər
iki şəxs xəstəxanaya aparılıb.
İlkin məlumata görə, onlar tanışları olan bir qızla münasibətlərə görə
mübahisə ediblər.
Araşdırma davam etdirilir.