Qıza qarşı seksual hərəkətlər edən dostların işi Ali Məhkəmədə

Qıza qarşı seksual hərəkətlər edən dostların işi Ali Məhkəmədə

Baxış sayı: 3. 777 dəfə baxılıb.

Qıza qarşı seksual hərəkətlər edən dostların işi Ali Məhkəmədə

Ali Məhkəmədə Leysan Qocayev (1995-ci il təv.) və Orxan Əlizadənin (1996-cı il təv.) CM-nin 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmalarına dair kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, Leysan Qocayev sevdiyi, yetkinlik yaşına çatmayan qızı başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almağı qərara alıb. 

Bu məqsədlə o, sevgilisinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib, dostu Orxan Əlizadə ilə qabaqcadan əlbir olaraq barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan pul tələb edib.

Leysan qıza zəng edərək, onu anası ilə tanış etmək bəhanəsi ilə özünün yaşadığı Mingəçevir şəhərindəki evə dəvət edib. Həmin evə Orxan da öz sevdiyi qızla gəlib. Leysan qızı yataq otağına aparıb və sonuncudan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib, sonuncu bundan imtina etdikdə onu döyüb və ona qarşı seksual xarakterli hərəkətlər edib. 

Orxan bunu telefonla çəkməyə başlayıb. Hadisədən sonra Orxan qıza zəng edərək, onun barəsində həmin rüsvayedici görüntüləri Leysanla birlikdə yayacaqları ilə hədələyib. Həmin videogörüntülərin məhv edilməsi qarşılığında ondan hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat tələb edib. 

Bundan xəbər tutan qızın ailəsi polisə müraciət edib. Bir neçə gün sonra isə qız Leysan və Orxana zəng edərək onların təklifi ilə razılaşdığını, görüşmək istədiyini bildirib. Zərərçəkmiş cəmi 200 manat gətirdiyini deyib. Bu zaman Мingəçevir şəhər Polis Şöbəsinin (ŞPİ) əməkdaşları hər iki şəxsi saxlayıblar. 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Qocayev altı, O.Əlizadə isə yalnız hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinib beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən dövlət ittihamçısı protest, zərərçəkmiş isə apellyasiya şikayəti verib. 

Şəki Apellyasiya Məhkəməsi protesti və şikayəti  təmin edib, qərara əsasən, hər iki şəxsin cəzası ağırlaşdırılıb. Belə ki, L.Qocayevə səkkiz, O.Əlizaədəyə isə yeddi il azadlıqdan məhrumetmə cəzaları təyin edilib.

Apellyasiya qərarından narazı qalan məhkumlar Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

www.ÇıxışYolu.Com