4db2355b-6fa6-4aee-b16d-baea0ee76136..jpg

Qızı Aygün Bəylərin vəfatından sonra ilk dəfə müsahibə verdi – VİDEO

Baxış sayı: 614 dəfə baxılıb.

Qızı Aygün Bəylərin vəfatından sonra ilk dəfə müsahibə verdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan anasının vəfatından sonra ilk
dəfə danışıb.

Cixisyolu.com xəbər verir ki, o, “Xəzər axşamı” verilişində öz arzularını dilə
gətirib:

“Avropa-Azərbaycan Məktəbində oxuyuram. Uşaqlıqdan çox arzularım olub. Müəllim
olmaq istəmişəm. Sonra fikrimi dəyişdim. Dedim ki, musiqiçi olacağam. İndi
fikrimdə tutmuşam ki, böyüyəndə alınsa, rəssam olacağam. Alınmasa,
animasiyalarla məşğul olacağam.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində iki il oxumuşam. Forte-piano üzrə
təhsil alırdım. İkinci sinifdə fikir verdim ki, heç ev tapşırıqlarını da
həvəslə etmirəm. Dedim, ana, mən musiqini istəmirəm, niyə məni məcbur
göndərirsən? Mənə sonuncu öyrətdiyi mahnı “Özün günahkarsan” olub. Nə vaxtsa
onu sizin üçün ifa etmək istəyərəm”.

Daha ətraflı süjetdə:


Source link