Qızıl Aypara Cəmiyyətinin Qarabağ ofislərinin fəaliyyət göstərəcəyi yerlər
açıqlanıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri Xankəndi, Xocalı və Əsgəranda
fəaliyyət göstərəcək.
“Report” xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz
Aslan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı
və Əsgərənda ofislərin fəaliyyətə başlaması gözlənilir.
“Məsələnin hərtərəfli müzakirəsi yəqin ki, gələn il olacaq”, – N.Aslan
vurğulayıb.
10:47
İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC)
ofisləri fəaliyyət göstərəcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı
katibi Ceyhun Mirzəyev Cəmiyyətin növbədənkənar keçirilən XXVI Baş Məclisində
hesabat tədbirində çıxışı zamanı deyib.
“Böyük Qayıdış” layihəsi çərçivəsində AzQAC-ın üç şəhərdə ofis inşa etməsi
gözlənilir.