b426308b-dce9-4ade-be6d-cf7df55f3f11..jpg

Qızıl Ayparadan çörək və həqiqət anı – VİDEO

Baxış sayı: 533 dəfə baxılıb.

Qızıl Ayparadan çörək və həqiqət anı – VİDEO

Avqustun 29-da Bakıdan Xankəndi istiqamətinə iki böyük yük maşını yola düşüb.
Karvanda Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağ iqtisadi
rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan
erməniəsilli sakinlərə göndərilmiş 40 ton un məmulatları var.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs olunur.

Bildirilir ki, nəqliyyat vasitələrinə qurumun əməkdaşlarının fəaliyyəti üçün
nəzərdə tutulmuş müxtəlif ləvazimatlar və texniki vasitələr, o cümlədən
çadırlar da yüklənib.

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslan, təşkilatın adından
bu addımın Xankəndində yaşayan ermənilər, həmçinin beynəlxalq ictimaiyyət
tərəfindən müsbət qarşılanacağına ümidini ifadə edib və bir daha bəyan edib ki,
bu cəmiyyət siyasi deyil, sırf humanitar təşkilatdır, lazım gələrsə, tezliklə
yardım daha bir neçə dəfə göndərilə bilər”, – deyə məqalədə qeyd olunur.

Daha ətraflı videoda:


Source link