a2882b63-f8c1-43fc-94e2-c75fe0a106a8.jpg

Qızıl medal qazanan güləşçi: “Məşqçilərimin, rəhbərliyin və xalqımın mənə olan inamını doğrultdum”

Baxış sayı: 177 dəfə baxılıb.

“Dünya çempionatı mənim üçün çox çətin keçdi”.

Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə
(72 kq) Hava Limanında qarşılama zamanı jurnalistlərin suallarını
cavablandırarkən deyib.

Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qalib gələn
Qənizadə çempionluğa gedən yoldan və gələcək hədəflərindən danışıb:

“Mundiala az qalmış xəstələnmişdim. Günlərlə qızdırmam oldu və dünya çempionu
olacağıma ümidim yox idi. Amma şükürlər olsun ki, bunu bacardım. Məşqçilərimin
və Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin mənə olan inamını doğrultdum.
İnşallah, gələcək yarışlarda da bu nəticəni təkrarlayacağıma inanıram. Hazırda
həm Avropa, həm də dünya çempionuyam. Gələcəkdə də bu sevinci ikinci və üçüncü
dəfə yaşamağa çalışacağam”.

Qeyd edək ki, Ülvü Qənizadə dünya çempionatının finalında fransalı İbrahim
Qanemi 3:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Anar Həsənov

Source link