e11850aa-c62a-4a30-8668-cf991bf49b5f..jpg

“Qızıl Qlobus 2024”ün namizədlərinin siyahısı açıqlandı

Baxış sayı: 395 dəfə baxılıb.

“Qızıl Qlobus 2024”ün namizədlərinin siyahısı açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Los-Ancelesdə (ABŞ) 81-ci “Qızıl Qlobus” mükafatına namizədlərin siyahısı
açıqlanıb.

Siyahıda liderlər “Barbi” və “Oppenheymer” olub.

Kristofer Nolanın bioqrafiyası dram, Qreta Qerviqin filmi komediya/musiqili
komediya kimi təsnif edilib. Hər iki müəllif əlavə olaraq rejissorluq və
ssenari üzrə namizəd olublar. Əsas mükafatlara “Çiçək Ayın Qatilləri” (Killers
of the Flower Moon), “Bədbəxtlər” (Poor Things), “Tərk edilmişlər” (The
Leftovers) və s. namizəd göstəriliblər.

Bu il “Qlobus” təşkilatçıları hər kateqoriya üzrə nominantların sayını altıya
çatdırıblar və həmçinin iki yeni nominasiya əlavə ediblər.

Təqdimat yanvarın 7-dən 8-nə keçən gecə baş tutacaq.

Mənbə: film.ru

Source link