7399bf8c-7967-4307-9076-49b2be9b2c70.jpg

“Qızıl Top” mükafatının nəticələri mediaya sızdırılıb

Baxış sayı: 39 dəfə baxılıb.

Bu gün Fransanın “France Football” jurnalının versiyasına əsasən, 2023/24-cü
illər mövsümünün yekunlarına görə dünyanın ən yaxşı futbolçusu üçün “Qızıl top”
mükafatının təqdimetmə mərasimindən öncə qalibin adı və siyahı mediaya
sızdırılıb.

Cixisyolu.com xəbər verir ki, mediaya sızdırılan xəbərdə “Real Madrid” klubunun
futbolçusu Vinisius Juniyorun 630 xalla “Qızıl Top”un sahibi olacağı
bildirilib. “Mançester Siti” klubunun futbolçusu Rodrinin isə 576 xalla ikinci
pillədə qərarlaşdığı deyilir. İlk üçlüyü 422 xalla “Real Madrid” klubunun digər
üzvü Cud Bellingem tamamlayır.

Kilian Mbappe siyahıda 4-cü sırada qərarlaşıb. Erlinq Holand 6-cı, Lamin Yamal
isə 7-ci olub.

Qeyd edək ki, mükafatlandırma mərasimi bu gecə saat 23:00-da keçiriləcək.

09:38

Bu gün Fransanın “France Football” jurnalının versiyasına əsasən, 2023/24-cü
illər mövsümünün yekunlarına görə dünyanın ən yaxşı futbolçusu üçün “Qızıl top”
mükafatının təntənəli təqdimetmə mərasimi keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, tədbir Parisdə “Şatle” Teatrında baş tutacaq.

2023-cü ildə “Qızıl top”un sahibi ABŞ-nin “İnter Mayami ” klubunun argentinalı
hücumçusu Lionel Messi olub.

2003-cü ildən sonra ilk dəfə olaraq mükafat uğrunda namizədlər siyahısında nə
Lionel Messi, nə də beş dəfə mükafat sahibi, Səudiyyə Ərəbistanının “Ən-Nəsr”
klubunun hücumçusu Kriştianu Ronaldu var.

2024-cü ildə namizədlər siyahısına 30 futbolçu daxil edilib: argentinalılar
Emiliano Martines, Lautaro Martines, ispanlar Niko Uilyams, Dani Olmo, Lamin
Yamal, Alexandro Qrimaldo, Rodri, Daniel Karvaxal, ingilislər Koul Palmer,
Harri Keyn, Bukayo Saka, Deklan Rays, Fil Foden, Cud Bellinqem,
portuqaliyalılar Vitinya, Ruben Diaş, nigeriyalı Ademola Lukman və digərləri.

Qeyd edək ki, mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

Source link