Qızıl üçün qətl törədənə ağır cəza

Qızıl üçün qətl törədənə ağır cəza

Baxış sayı: 2. 659 dəfə baxılıb.

Qızıl üçün qətl törədənə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Lerik rayon sakini Maqsud Əliyevin (1974-cü il təv.) CM-nin 120.2.9 (aşkar sürətdə, köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.3.3-cü ( quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il avqustun 21-də, səhər saatlarında naməlum şəxs Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib. 

O, əvvəlcə ev sahibəsinə özünü usta kimi təqdim edib. Bundan sonra isə evə daxil olaraq Hüseynovanı bıçaqla hədələyib, ondan pul və qızıl əşyalar tələb edib. Qadın qışqırıb, qonşuları çağırdığından məqsədinə nail olmaddan hadisə yerindən qaçıb. 

İki gündən sonra, yəni ayın 23-də Maqsud Əliyev Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı quldurun digər cinayəti də üzə çıxıb. 

Məlum olub ki, o, avqustun 21-də Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi evə açıq pəncərədən daxil olaraq, taxta parçası ilə divanda yatmış ev sahibi Məmməd Sərxanovun başından zərbələr vuraraq, onu öldürüb.

Səs-küyə gələn mərhumun həyat yoldaşı Zeynəb Sərxanovadan əvvəl qiymətli əşyaların yerini soruşub, sonra isə həmin alətlə qadına da ağır dərəcəli bədən xəsarətləri yetirib, hadisə yerindən uzaqlaşıb. Yaralanan Z.Sərxanova xəstəxanaya yerləşdirilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Xatırladaq ki, Maqsud Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və əməllərindən peşman olduğunu bildirib. 

www.ÇıxışYolu.Com