Qızıla yatırım etmək riskli hesab edilir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qızılın qiymətində enmə müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, satıcılar bildirirlər ki, son bir həftədə
qızılın satış qiyməti nisbətən düşüb.
Qızıl ucuzlaşdığı zaman investorlar bu məhsula yatırım etmək istəyirlər. Bəs
baha alınıb ucuz satılan qızıla yatırım etmək nə qədər sərfəlidir?
İqtisadçı Rəşad Həsənov hesab edir ki, indiki vəziyyətdə qızıl əşyalarına
yatırım etmək risklidir. Onun sözlərinə görə, qızıl bazarında qiymətlər tez-tez
dəyişir. Odur ki, bu məhsula investisiya etmək arzusunda olan şəxslər ehtiyatlı
olmalıdırlar.
Satıcıların sözlərinə görə, qızıl alınanda üzərindəki bər-bəzəyi qaşı ilə
hesablanırsa, alınan zaman sadəcə qızılın çəkisi qiymətə vurulur. Bu da,
müştəri üçün itki sayılır.
Qeyd edək ki, hazırda qızıl bazarında Türkiyə istehsalı olan qızılın bir
qramının qiyməti 105, italyan qızılı 125-135, ərəb qızılı isə 145 manatdan
başlayır.
Ətraflı süjetdə: