Qızılca səpgilərinə toxunmaq, müdaxilə etmək olarmı? – Həkim AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sosial şəbəkələrdə eləcə də əhali arasında həkim olmayan bir çox qeyri
professional şəxslər tərəfindən qızılca zamanı müxtəlif müalicə metodları,
qulluq vasitələri haqqında məlumatlara rast gəlinir”.
Cixisyolu.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun pediatrı Sevinc Mehdiyeva izləyicilərin “səpgilərə necə müdaxilə
etmək olar, hansı vasitələrdən istifadə etmək lazımdır” sualını
cavablandırarkən deyib.
Onun sözlərinə görə, valideynlər də bu məlumatlara əsaslanaraq həkim nəzarəti
olmadan özbaşına müxtəlif müalicə üsullarından istifadə edirlər:
“Xəstəlik zamanı dəriyə qulluq vasitələri, müxtəlif məlhəm və kremlərin
əsassız istifadəsi səpgilərin daha da dərinləşməsinə səbəb olar və dəri
səthində xoşagəlməz izlər buraxa bilər. Dəridəki qaşınmanı aradan qaldırmaq
üçün gigiyenik qaydalara əməl etmək lazımdır. Bədənin tibbi məhlulla (sintetik
tanin) yuyulması tövsiyə olunur. Yataq dəsti və geyimlər təmiz olmalıdır.
Konyunktivit zamanı həkim təyinatına əsasən müxtəlif damcılar məsləhət görülür”.
S.Mehdiyeva bildirib ki, xəstələr ağız və göz gigiyenasına riayət etməli və
parlaq işıqdan qaçmalıdırlar:
“Qeyd edilənlərə düzgün riayət olunarsa, xəstəlik heç bir iz buraxmadan və
fəsadsız keçib gedir”.
Könül Cəfərli