Qızılca xəstəliyinə görə poliklinikalarda sıxlıq yaranıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yaxın zamanlarda böyük yaşlı əhalinin qızılca xəstəliyinə qarşı peyvəndinə
start veriləcək”.
Bu fikri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun
müavini Afaq Əliyeva deyib.
O, bildirib ki, tezliklə böyüklərin imunlaşdırılması üçün Azərbaycana peyvənd
materiallarının gətirilməsi nəzərdə tutulub.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun
sözlərinə görə, qızılcaya yoluxan xəstələrin 95%-i peyvənd olunmayan uşaqlar və
məktəblilərdir:
“COVID-19” dönəmində peyvəndə qarş neqativ münasibət, bu gün qızılcaya qarşı
peyvənddən yayınmanın başlıca səbəbidir. Bir çox uşaq isə, valideyn
səhlənkarlığının qurbanı olur”.
İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: