Qızılın qiyməti yeni rekorda imza atıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprelin 8-də qızılın qiyməti bütün zamanların ən yüksək səviyyəsinə – bir
unsiya üçün 2 353,79 dollara qədər yüksəlib.
Bu barədə “Financial Times” xəbər verir.
“İnvestorların Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini azaldacağına
dair siqnallara reaksiya verməsi nəticəsində qızılın qiyməti bazar ertəsi günü
bütün zamanların ən yüksək səviyyəsinə çatıb və keçən ayın qazancını artırıb”,
– deyə nəşrdə vurğulanıb.
Analitiklərin sözlərinə görə, aktiv bundan başqa Yaxın Şərqdə münaqişənin
artması qorxusu, həmçinin mərkəzi banklar və Çin istehlakçılarının tələbi
fonunda artıb.