“Qızım, oyan, üzünü görmək istəyirəm” - FOTO + VİDEO

“Qızım, oyan, üzünü görmək istəyirəm” – FOTO + VİDEO

Baxış sayı: 2. 543 dəfə baxılıb.

Aprelin 7-də Bəşər Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqindən yeni videogörüntülər yayılıb. 

ÇıxışYolu.Com-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, videogörüntülərdə kimyəvi hücumun qurbanlarının gözü açıq, burunlarından və ağızlarından gələn donmuş ağ köpüklə əks olunub.

Ölənlərin çoxu körpələr və uşaqlardır.

“Qızım, oyan, üzünü görmək istəyirəm” - FOTO + VİDEO“Qızım, oyan, üzünü görmək istəyirəm” - FOTO + VİDEO

Uşaqlardan birinin atası qızının cəsədi üstündə ağlayaraq deyir:

“Qızım, bağışla. Bax, sənə nə almışam. Oyan! Üzünü görmək istəyirəm. Şokolad istədiyini de”.

“Qızım, oyan, üzünü görmək istəyirəm” - FOTO + VİDEO

Başqa bir videoda isə bir ata oğlunun cəsədinin yanında “Ruhun şad olsun, Məhəmməd. Sən artıq cənnətdəsən”, – deyə ağlayır. 

“Qızım, oyan, üzünü görmək istəyirəm” - FOTO + VİDEO

Kimyəvi hücum nəticəsində 78 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, Əsəd tərəfdarları martın 19-dan Dumada kimyəvi silah tətbiq etməyə başlayıb.

“Qızım, oyan, üzünü görmək istəyirəm” - FOTO + VİDEO

“Qızım, oyan, üzünü görmək istəyirəm” - FOTO + VİDEO

“Qızım, oyan, üzünü görmək istəyirəm” - FOTO + VİDEO

Suriya İnsan Hüquqları Şəbəkəsinin (SNHR) 4 aprel 2018 saylı hesabatında, Bəşər Əsəd rejiminin ötən il 11 dəfə kimyəvi silah istifadə etdiyi bildirilir. 

SNHR-nin məlumatına görə, Suriyada müharibənin başlanğıcından bəri Əsəd rejimi 214 dəfə kimyəvi silah istifadə  edib. Dumada olan kimyəvi hücum 215-ci olub. 

Qeyd edək ki, Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.

www.ÇıxışYolu.Com