a71c6119-56d3-4463-916e-a78d5e7875be..jpg

Qızını öldürən kürəkənini bağışladı: “Onu başa düşürəm”

Baxış sayı: 638 dəfə baxılıb.

Qızını öldürən kürəkənini bağışladı: “Onu başa düşürəm”

Ötən ilin martında Xəzər rayonu Binə qəsəbəsi ərazisində arvadı 1995-ci il
təvəllüdlü Ülviyyə Həsənovanı qətlə yetirən Saməddin Həsənovun məhkəmə prosesi
başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə
əsasən, 36 yaşlı Saməddin Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə isə qısqanclıq zəminində qeydə alınıb. Cütlük arasında mübahisə
yaşandıqdan sonra Ülviyyə polisə gedərək ərindən şikayət edib. O, Saməddin
tərəfindən döyüldüyünü bildirərək sığınacağa yerləşdirilməsini istəyib.

Daha sonra Saməddin sığınacağa gedərək arvadından şikayəti geri çəkməsini,
onunla boşanmasını istəyib. Bundan sonra ailəsi də Ülviyyəyə eyni tələblə
müraciət edib, lakin qadın ailəsindən imtina etdiyini bildirərək heç kimlə
razılaşmayıb.

Bir neçə saat sonra Saməddin yenidən sığınacağa gedib və hasardan tullanaraq
içəri daxil olub. O, arvadını mətbəxdən həyətə çıxararaq yenidən danışmağa
çalışıb. Bu zaman Saməddin sığınacağın mətbəxindən bıçağı özüylə götürüb.
Tərəflərin ortaq məxrəcə gələ bilməməsi sonda qətllə nəticələnib. Saməddin
arvadını bıçaqlayaraq öldürdükdən sonra özü polisə cinayət barədə məlumat verib.

Məhkəmə prosesində Ülviyyə Həsənovanın atası da ifadə verib. Maraqlıdır ki, o,
kürəkənindən şikayətçi olmayıb.

“Saməddinin etdiyi hərəkətə bəraət qazandırmıram. Ancaq onun da hansı səbəbdən
belə hərəkət etdiyini başa düşürəm və üç azyaşlı uşaqlarına görə Saməddinə
qarşı heç bir şikayət və ya tələbim yoxdur”, – qadının valideyni ifadəsində
bildirib.

Source link