Qızlar bu fənlər üzrə oğlanlardan üstündürlər

Qızlar bu fənlər üzrə oğlanlardan üstündürlər

Baxış sayı: 2. 090 dəfə baxılıb.

Ali və orta ixtisas məktəblərinə qəbul olanların 50 faizi qızlar olur.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib.

Qəbul imtahanlarında qızların daha yüksək nəticələr göstərdiyini deyən DİM rəhbəri bildirib ki, qızların daha çox humanitar fənlər üzrə nəticələri yüksəkdir. Son yeddi ildə isə orta statistik qız abituriyentlərin riyaziyyat, fizika və kimya fənləri üzrə nəticələri oğlanlardan daha yüksək olur:

“1992-1993-cü illərdə I qrupa tibb ixtisasları daxil olduğu üçün qızların sayı çox idi, lakin 1994-cü ildən sonra həmin qrupdan tibb ixtisasları çıxarıldığı üçün qızların da sayı azaldı. Daha sonra I qrupa sənəd verən qızların sayı yenidən artmağa başladı. Bu qrupa sənəd verənlərin 35 faizi qız olsa da, qəbul olanların 40 faizi qız olur. Çünki qızların riyaziyyat, fizika və s.-dən nəticələri daha yüksəkdir”.

www.ÇıxışYolu.Com