ed37a73c-fab3-4fc7-875c-e5b9e9f4cc75..jpg

Qızlara söz atan şəxsi öldürənlə bağlı qərar ləğv edildi

Baxış sayı: 632 dəfə baxılıb.

Qızlara söz atan şəxsi öldürənlə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən
Teymur İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib. İş yenidən
baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur İsmayılov 10 il müddətinə
azadlıqdan məhrum edilib.

İttihama görə, 2020-ci ilin sentyabrın 10-da saat 19 radələrində Sumqayıt
şəhəri, 17-ci mikrorayon ərazisində 1988-ci il təvəllüdlü Elgün İsmayılovun
üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə şəhər
prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı
ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə
yetirilib.

Aparılmış araşdırmalarla hadisənin 1989-cu il təvəllüdlü Teymur İsmayılov
tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı
Elgün İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vurularaq törədilməsinə
əsaslı şübhələr müəyyən edilib.

Teymur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Teymur İsmayılovun barəsində Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Teymur İsmayılov istintaqa ifadəsi zamanı bildirib ki, hadisə taksi fəaliyyəti
ilə məşğul olan zaman qeydə alınıb. Belə ki, Elgün İsmayılov maşını ilə hərəkət
edərkən ətrafda dayanan xanımlara söz atıb. Bundan sonra Teymur İsmayılov Elgün
İsmayılova etdiyi hərəkətin yanlış olduğu deyib.

Tərəflər arasında yaranan mübahisə sonda Elgünün qətlə yetirilməsi ilə
nəticələnib.

Source link