a5111149-2f57-49bd-90d6-db5d0f19f63d..jpg

Qlobal ərzaq bazarında böhran: Qiymətlər yüksəlir – İCMAL

Baxış sayı: 2. 343 dəfə baxılıb.

Qlobal ərzaq bazarında böhran: Qiymətlər yüksəlir – İCMAL

Bu gün Azərbaycanda unun və çörəyin icazə verilən maksimum qiymətləri
müəyyənləşib.

Trend-in məlumatına görə, belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış
qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış
qiyməti 0,5 manat, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış
qiyməti 0,65 manat müəyyən edilib.

Qeyd edək ki, ərzaq buğdasının qiymətləri qlobal iqtisadi proseslər, COVID-19
pandemiyasının təsiri, 2021-ci il ərzində dünya bazarlarında ərzaq buğdasına
artan tələbat, habelə buğda istehsalçısı ölkələr tərəfindən həyata keçirdiyi
tədbirlər fonunda kəskin bahalaşıb.

Dünyanın müxtəlif ölkələrində ərzaq məhsullarının qiymətində kəskin artım
müşahidə olunur. Məsələn, Almaniyada buğdanın qiyməti 2020-ci illə müqayisədə
2021-ci ildə 33%, Rumıniyada isə bu rəqəm daha yüksəkdir – 33,70%. Türkiyədə
ərzaq məhsullarının qiymətləri 27,11% artıb.

Türkiyədə 2021-ci il üçün taxılın qiyməti bir ton üçün 2450 türk lirəsi (196
ABŞ dolları) müəyyən edilsə də, hazırda onun qiyməti 3720 türk lirəsi (297
dollar) təşkil edir. İspaniyada buğdanın qiyməti bir ton üçün 285 avrodan 420
avroya yüksəlib, Xorvatiyada isə 53% artım var. Yuxarıda göstərilən artım
templəri hələ ki, ən yüksək deyil.

Yunanıstanda buğda qiymətləri qeyd olunan dövr ərzində 210%, Kanadada isə 51%
artıb. Qırğızıstanda taxılın qiyməti 2020-ci illə müqayisədə 2021-ci ildə 39,3%
artıb.

Aşağıdakı cədvəldə müxtəlif ölkələrdə ərzaq qiymətlərinin artım
göstəricilərini təqdim edirik:

Ölkələr

2020-ci ilə nisbətən 2021-ci ildə ərzaq qiymətlərində artım

Buğda qiymətlərinin qalxması

Almaniya

N/A

33%

Ruminiya

N/A

33,70%

Türkiyə

27,11%

Türkiyədə 2021-ci il üçün taxılın qiyməti 2450 türk lirəsi (196 ABŞ dolları)
müəyyən edilsə də, hazırda onun qiyməti bir ton üçün 3720 türk lirəsi (297
dollar) təşkil edir.

İspaniya

N/A

Bərk buğdanın qiyməti bir ton üçün 285 avrodan 420 avroya yüksəlib.

Xorvatiya

N/A

53%

Macarıstan

31%

Kanada

51%

Qırğızıstan

39,3% (taxıl)

Yunanıstan

N/A

210%

Bu siyahını uzatmaq olar. Dünyada müşahidə olunan tendensiyalar göstərir ki,
2022-ci il pandemiyadan sonrakı dövr kimi yadda qalacaq və tələbatın artması,
taxıl, ərzaq və digər zəruri məhsulların istehsalının azalması fonunda
qiymətlərin qalxması qaçınılmazdır.

Source link