Tanınmış amerikalı geoloq və iqlimşünas Uolles Broker 87 yaşında vəfat edib.
Bu barədə “Associated Press” onun çalışdığı universitetə istinadən məlumat yayıb.
Brokerin fevralın 18-də uzun sürən xəstəlikdən sonra Nyu-York xəstəxanalarından birində vəfat etdiyi bildirilir.
Uolles Smit Broker 1931-ci ildə Çikaqoda dünyaya göz açıb. 1977-ci ildə Kolumbiya Universitetinin professoru olub.
Həyatı boyu geologiya və ətraf mühit kafedrasında müəllim işləyib. Onun qələmindən 500-dən çox elmi məqalə çıxıb, 14 kitabın, o cümlədən, bir neçə dərsliyin müəllifidir.
Alimin əsas maraq dairəsi dünya okeanının Yerin iqliminin formalaşmasında oynadığı rol olub.
Geoloq hazırda ekoloqların və ətraf mühit fəallarının dilindən düşməyən “global warming” (qlobal istiləşmə – red.) termininin yaradıcısı hesab olunur.