Qlobal neft ehtiyatı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarından sonra 300 milyon barel azalaraq 2,83 milyard barelə enib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bu gün OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin – OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında deyib.
O bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin neft ehtiyatları 15 ay ərzində durmadan azalırdı. Neft ehtiyatlarının həcmi artıq 300 milyon barel – 2,83 milyard barelədək düşüb.