af267dde-3e16-4ac0-8e51-a0a306c73d49..jpg

Qo Min: “Azərbaycan və Çin ticarət əməkdaşlığını genişləndirməyi planlaşdırır”

Baxış sayı: 520 dəfə baxılıb.

Qo Min: “Azərbaycan və Çin ticarət əməkdaşlığını genişləndirməyi planlaşdırır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan və Çin müxtəlif sahələrdə bir sıra layihələr həyata keçirməyi
planlaşdırır”.

“Report” xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Qo Min jurnalistlərə
açıqlamasında deyib.

Onun sözlərinə görə, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq daha da
genişləndiriləcək: “Bundan əlavə, iki ölkə arasında mədəni əməkdaşlıq yaxşı
inkişaf edib”.

“Bugünkü tədbir Çin Yeni ili şərəfinə təşkil olunub. Azərbaycanda bir çox
insanın Çin mədəniyyətinə münasibəti yaxşıdır və belə tədbirlərin keçirilməsi
buna sübutdur. Onların məqsədi insanları Çin mədəniyyəti ilə tanış etməkdir”, –
səfir bildirib.

Q.Min iki ölkə arasında əlaqələrin inkişafında İpək Yolunun rolunu vurğulayıb:
“Biz daha çox azərbaycanlının Çinə gəlməsini istəyirik və buna çox sevinəcəyik”.

Source link