Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yanvarın 11-i saat 20 radələrində 1974-cü il təvəllüdlü Pərvanə Zeynalovanın
Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində öldürülməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qaradağ Rayon Prokurorluğundan bildirilib.
Aparılan araşdırma zamanı 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında
yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər
yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsilə cinayət işi başlanıb, Zaman Zeynalov könüllü olaraq
istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.