Vaxtaşırı ac qalma və yüngül idman hərəkətləri insan səhhətini yaxşılaşdırır, diabet və ürək-damar xəstəlikləri riskini azaldır.
ÇıxışYolu.Com “EurekAler!”ə istinadən xəbər verir ki, belə bir nəticəyə ABŞ Milli Səhiyyə İnstitutunun alimləri gəlib.
Dörd ay davam etmiş araşdırmada mütəxəssislər dörd qrupa bölünən siçanlardan istifadə edib.
Birinci qrupda olan siçanlar bol yemlə təmin olunub və istədikləri vaxt qidalana bilib.
İkinci qrupda olan siçanlar 45 dəqiqə ərzində qaçıb və birinci qrupda olduğu kimi, istədikləri vaxt qidalanıb.
Üçüncü qrupda olan siçanlar bir gündən bir ac saxlanılıb.
Dördüncü qrupda isə siçanlar vaxtaşırı ac saxlanılıb və buna baxmayaraq fiziki aktiv olub.
Bu məşqlər heyvanların fiziki göstəricilərinə müsbət təsir edib. Habelə fiziki aktivliklə bərabər, vaxtaşırı ac qalma tonusun qorunması və dözümlülüyün artırılması baxımından daha effektiv olub.
Alimlərin sözlərinə görə, təcrübənin nəticələrini insanlara da şamil etmək olar. Yüngül məşqlər və vaxtaşırı ac qalma erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır, orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır.