İngiltərənin Liverpool universitetinin alimləri insanın qocalmasının xərçəng xəstəliyinin qarşısını ala biləcəyini müəyyənləşdiriblər.
Bu barədə “MedicalXpress”ə verilən açıqlamada bildirib.
Tədqiqatçılar xərçəng xəstəliyində və yaşlanmada aktiv iştirak edən genlər arasında əlaqə tapmaq üçün insan toxumalarını təhlil ediblər. Ümumiyyətlə, hər zaman yaşla birlikdə xərçəngin inkişaf riskinin artdığı düşünülüb. Ancaq indi aydın olub ki, hüceyrələr yaşlandıqca xərçəng yaradan DNT-lər zəifləyir. Qeyd edək ki, bu genlər hüceyrə dövrünün və immunitet sisteminin tənzimlənməsində iştirak edir.
Mütəxəssislər bunu yaşlanma prosesləridə hüceyrələrin bölünmə (yayılma) sürətini azalması ilə əlaqələndirirlər. Bölünmənin sürətinin artması bədxassəli şişlərin yaranmasına münbit şərait yaradır. Bu iddia yaşla birlikdə xərçəng riskinin azaldığını göstərən tədqiqatların nəticəsini izah edir.