Türkmənistandan Bakıya gələn “Bəxtiyar” gəmisində ölüm hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, 1960-cı il təvəllüdlü, Türkmənistan vətəndaşı olan azərbaycanlı Bayramova Həlimə İsa qızı onkoloji xəstə olduğu üçün Türkmənistandan gəmi ilə Bakıya, oradan isə Cəlilabad rayonundakı qohumlarını görməyə gəlirmiş.
Gəmi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxınlaşarkən yataq şəraitində Bakıya gələn H.Bayramovanın vəziyyəti qəfil pisləşib və o vəfat edib.
Meyitə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
Könül Cəfərli