Qohumunu söyüşə görə bıçaqlayaraq öldürən şəxsə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə qətl törətməkdə təqsirləndirilən
Ərəstun Orucovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ərəstun Orucov 10 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 30-da saat 17 radələrində Tərtər rayonu,
Seydimli kəndi ərazisində 1970-ci il təvəllüdlü Müşviq Orucovun öldürülməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1970-ci il təvəllüdlü Ərəstun
Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı
bıçaqla xəsarətlər yetirərək Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ərəstun Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məhkəmə iclasında Ərəstun Orucov elan olunmuş ittiham üzrə özünü təqsirli
bilərək ifadəsində göstərib ki, hadisədən əvvəl qohumu Müşviq Orucovu onun ailə
üzvlərini söyərək təhqir edib.