2be608d5-b937-4402-b59a-1096d97fd210..jpg

Qohumunun arvadını qaçıran şəxsi döyüb öldürənlər yenidən hakim qarşısına çıxarılırlar

Baxış sayı: 3. 340 dəfə baxılıb.

Qohumunun arvadını qaçıran şəxsi döyüb öldürənlər yenidən hakim qarşısına
çıxarılırlar

Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən
Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və
Nazim Mikayılov barələrindəki hökmdən kassasiya şikayəti veriblər.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkumlar
cəzalarının yüngülləşdirilməsini istəyirlər.

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 21-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Şahmar Əsədov 18 il, Sadıq
Dadaşov 18 il, Pərviz Əsədov 17 il, Mətləb Muradov 17 il, Zabit Yolçiyev 16 il
və Nazim Mikayılov 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər Aynur Əsədova və Elşad Əsədovun
birlikdə qoşularaq Bakıya qaçdıqlarını öyrəniblər. Onlar bunu namuslarına
toxunmaq kimi qiymətləndiriblər. Buna görə də Aynur və Elşadı axtarmaq üçün
Bakıya gəliblər. Hər ikisini taparaq Qubaya aparıblar.

Qubada olarkən əvvəlcə Sadıq Dadaşov maşında oturan Elşad Əsədova bıçaqla
zərbə endirib. Daha sonra digər təqsirləndirilən şəxslər Elşadı maşından
düşürərək çoxsaylı bədən xəsarətləri yetiriblər. Elşad aldığı xəsarətlərdən
hadisə yerində dünyasını dəyişib.

Elan olunmuş ittihamla Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli
biliblər.

Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılov isə özlərini
təqsirli bilməyiblər.

25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov
tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə
gedib.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü
(xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Source link