3cf3b472-4fa0-4ca5-b4aa-5d39e1c0e1c3..jpg

Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb

Baxış sayı: 545 dəfə baxılıb.

Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu
məlumat yayıb.

Bildirilib ki, Yardımlı rayon sakininin bank kartından 350 manat oğurlanması
ilə bağlı polisə məlumat daxil olub.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin
əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini
Ə.Təhməzli müəyyən edilərək saxlanılıb.

Onun həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq
vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link