1a10e5df-f0d2-4480-8355-d3f3d43f1051..jpg

Qol gücü “Tayson”u həbsə apardı: Amansız qətlin dəhşətli TƏFƏRRÜATI – VİDEO

Baxış sayı: 506 dəfə baxılıb.

Qol gücü “Tayson”u həbsə apardı: Amansız qətlin dəhşətli TƏFƏRRÜATI – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax Rayon Mərkəzi Xəstəxanasından hüquq-mühafizə orqanlarına rayon sakini
Ceyhun Xəlilovun daxili qanaxmadan ölməsi barədə məlumat daxil olub. Hadisə
2020-ci il sentyabr ayında baş verib. Araşdırmalarla müəyyənləşdirilib ki,
Ceyhun Xəlilov Abşeron rayonu ərazisində “Tayson” ləqəbli Rasim Ramazanovla,
dostları Xanlar Balayev və İmaməddin İbrahimov tərəfindənoğurlanaraq döyülüb
.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb
olunub. Onların ifadəsindən məlum olub ki, hər üç şəxs psixotrop və narkotik
maddə istifadəçisidir.

Mərhum Ceyhun Xəlilovla onların tanışlığı da elə bu səbəbdən yaranıb. Əslən
Yevlaxdan olsa da, Xırdalanda ailəsi ilə birlikdə kirayədə yaşayan Ceyhun
Xəlilov həmin ərazidə psixotrop və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə
məşğul olub. Özünü Xırdalandakı narkotacirlərdən haqq tələb edən şəxs kimi
təqdim edən Rasim Ramazanov Ceyhundan həmin ərazidə sərbəst hərəkət etməsi üçün
pul istəyib. İlkin olaraq 3000 manat, daha sonra isə onlara lazım olan qədər
narkotik maddə və hər ay müəyyən qədər pul ödəməsini tələb edib. Əks təqdirdə
isə yaxınlarına zərər yetirməklə hədələyib.

Ceyhun onların bu tələbi ilə razılaşsa da, bir müddət sonra deyilən məbləği
ödəyə bilməyib. Dəstə üzvləri isə onu cəzalandırmaq qərarına gəliblər. Gecə
saat 4 radələrində Rasim Ramazanov Ceyhuna zəng edərək onunla görüşüb, daha
sonra isə bəhanəylə onu Xırdalandakı evinə apararaq orada girov saxlayıb.

Cinayət işində şahid kimi istintaqa cəlb olunan Elvin Məmmədov adlı taksi
sürücüsü Rasim Ramazanovun sifarişi ilə onun mənzilindən əşya daşımağa gələrkən
orada Ceyhun Xəlilovu döyülmüş vəziyyətdə görüb. Həmin mənzildə 8 saat qanunsuz
saxlanılan Ceyhun Xəlilova müxtəlif işgəncələr verilib. Rasim Ramazanov ona
idman alətləri ilə ağır xəsarətlər yetirərək, ailəsindən pul istəməyə məcbur
edib. Ceyhun da həyat yoldaşı Leylaya zəng edərək, işinin dolaşığa düşdüyü üçün
oğlu ilə dediyi ünvana təcili 1000 manat göndərməsini istəyib. Rasim pulu
gətirəndən sonra Ceyhunu buraxıb, qalan hissəni də təcili çatdırmasını tələb
edib.

Bir neçə gün sonra Ceyhun Xəlilovun daxilində kəskin ağrılar yaranıb, ailəsi
onu Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Müayinə zamanı onun sağlam
olduğu bildirilsə də, sonradan Mingəçevirdəki özəl xəstəxanada yoxlanışda məlum
olub ki, zərbələrdən onun iki qabırğası sınıb, mədəsində kəskin qanaxma olub.
O, müalicə üçün yenidən Yevlaxa gətirilsə də, xəstəxanada keçinib.

Rasim Ramazanov saxlanılarkən üzərindəki çantadan cinayət zamanı istifadə
etdiyi müxtəlif idman alətləri ilə yanaşı, soyuq silahlar və lüləsi kəsilmiş
odlu silah müsadirə edilib.

Törətdikləri cinayətə görə hər üç şəxs Cinayət Məcəlləsinin 6 maddəsi ilə həbs
olunaraq məhkəmə qarşısına çıxarılıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin
qərarı ilə Rasim Ramazanov 13, İmaməddin İbrahimov 8, Xanlar Balayev isə 7 il
azadlıqdan məhrum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə isə Rasim Ramazanovun həbs
müddəti 11 ilə endirilib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Source link