Qonağı öldürən ər-arvada ağır cəza istənilib - FOTO

Qonağı öldürən ər-arvada ağır cəza istənilib – FOTO

Baxış sayı: 3. 387 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Eşqin Rəsulov və Ramella Əlmuradovanın Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə baxış keçirilib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, cinayət ötən il noyabrın 25-də Quba rayonun Alpan kəndində baş verib. 

Kənd sakini, 28 yaşlı Anar Babayev axşam saatlarında siqaret almaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. Səhər isə yaxınları onun ölüm xəbərini eşidiblər.

Məlum olub ki, o həmkəndlisi və uşaqlıq dostu, əvvəllər məhkum olunan Eşqin Rəsulov tərəfindən qətlə yetirilib. Həmin gün şübhəli şəxs qismində onu və qeyri-rəsmi nikahda yaşadığı Ramella Əlmuradovanı Quba RPŞ-nin əməkdaşları saxlayıblar. 

İttihama görə, Eşqin Rəsulov Anar Babayevi evinə dəvət edib, orada birlikdə spirtli içki qəbul edərək, qumar oynayıblar. Oyunun gedişatında Anar Eşqini təhqir edib. Buna görə sonuncu qonağını yerə yıxaraq, ona yumruq və təpik zərbələri endirib.

Balayev müqavimət göstərdiyi üçün Rəsulov arvadına, dostunun əl-qolunu bağlamaq üçün ip gətirməsini deyib. Ramella ipi gətirəndən sonra Eşqin Anarın əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, Eşqin Rəsulov ilkin ifadəsində, dostunu, arvadını zorlamaq istədiyi üçün qətlə yetirdiyini bildirib, lakin istintaqın gedişatında qətlin qumar üstündə baş verdiyi məlum olub. 

Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər, lakin ifadə verməkdən imtina ediblər. Bildiriblər ki, ittiham aktında hər şey göstərilib. 

Zərərçəkmişin hüquqi varisi Lalə Babayeva bildirib ki, məhkumun arvadıdır. Onun sözlərinə görə, ər-arvad ciddi səbəb olmadan yoldaşının əl-qolunu bağlayıb, onu qəsdən öldürüblər. Qadın uşaqların yetim, ailənin başsız qaldığını bildirib: 

“Hazırda qaynatamla yaşayırıq”. 

Sonda zərərçəkmiş məhkəmədən təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib.

Proses davam edir.

www.ÇıxışYolu.Com