Britaniya şahzadəsi Harri və Meqan Marklın qonşularına bu cütlə rəftar barədə xüsusi təlimatlar kitabçası paylanılıb.
“The Sun” bildirir ki, Sasseks hersoq və hersoginyasının qonşuluğunda yaşayanlara onlarla söhbətə birinci başlamaq qadağan olunub. Bununla yanaşı, Sasseks ailəsinin itini tumarlamaq, oğullarını göstərməklərini istəmək və onların poçt qutusuna nəsə qoymağa icazə verilmir.
Qeyd edilir ki, şahzadə Harri və Meqan Marklın evinin yaxınlığında 400-ə yaxın insan yaşayır və çoxları təlimat kitabçasını alanda narazılığını bildirib.
Bukinhem sarayından bildiriblər ki, Sasseks hersoqu və hersoginyası bu qaydalar haqqında xəbərdar deyillər, çünki ideya saray məmuruna məxsusdur.
Şahzadə Harri və aktrisa Meqan Markl 2018-ci ilin mayında ailə qurublar. Bundan sonra isə Britaniya taxtının varisinin həyat yoldaşı Sasseks hersoginyası titulunu alıb. Bir il sonra onların ilk övladı dünyaya gəlib.