Qonşusunu döyə-döyə pulunu əlindən aldı

Qonşusunu döyə-döyə pulunu əlindən aldı

Baxış sayı: 2. 342 dəfə baxılıb.

Qonşusunu döyə-döyə pulunu əlindən aldı

Avqustun 2-də, gecə saatlarında Bakının Binəqədi rayonunda quldurluq hadisəsi törədilib.

Bu barədə ÇıxışYolu.Com-a Binəqədi Rayon 43-cü Polis Bölməsindən məlumat verilib.

Sözügedən cinayətdə Binəqədi qəsəbəsinin sakini Salahov Saleh Ramiz oğlu ittiham olunur.

O, avqustun 2-də, saat 00:30-da 1991-ci il təvəllüdlü qonşusu Əliyev Arzuman Vahid oğlunu döyərək 500 manatını əlindən alıb. Hazırda cinayətin digər təfərrüatı araşdırılır.

Qeyd edək ki, daxili işlər orqanlarının məlumatına görə iyul ayı ərzində Bakıda 14 quldurluq faktı qeydə alınıb, onlardan 13-nün üstü açılıb.

Ramella İbrahimxəlilova