Qonşusunu güllələyən şəxs psixiatriya xəstəxanasına göndərilib - FOTO

Qonşusunu güllələyən şəxs psixiatriya xəstəxanasına göndərilib – FOTO

Baxış sayı: 1. 988 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ədalət Babayevin (1977-ci il təv.) CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il mayın 19-da Maştağa qəsəbəsi ərazisində, əvvəllər məhkum olunmuş Ədalət Babayev aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi “Makarov” markalı tapançadan qonşusu Elnur Dadaşova (1990-cı il təv.) atəş açaraq qol nahiyəsinə xəsarət yetirib. 

Zərərçəkmiş 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və onun həyatı xilas olunub.

Cinayəti törədən Ə.Babayev könüllü Sabunçu RPİ 14-cü polis bölməsinə gedərək təslim olub və tapançanı növbətçi hissəyə təhvil verib. İş üzrə dindirilmiş şəxs bildirib ki, qonşusu ilə münasibətləri yaxşı olmayıb: 

“Gəlib, mənə sataşırdı, təhqir edirdi. Evimdə silahım var idi. Həmin gün qabağıma çıxıb, dedi ki, səni vuraram. Hirsləndirdi məni, tapançanı çıxarıb, vurdum onu”.

Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatı dayandırılıb və o, tibbi xarakterli məcburi müalicə tədbirləri üçün Respublika Psixiatriya Xəstəxanasına göndərilib. 

www.ÇıxışYolu.Com