4c68cf38-0b56-4373-80c0-cc9d0bd3b388.webp

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK

Baxış sayı: 257 dəfə baxılıb.

Bakıda ata-anası olmayan uşaq dilənməyə məcbur edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, ürəksızladan cinayət hadisəsi Sabunçu
rayonu Zabrat qəsəbəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü oğlan 1987-ci il təvəllüdlü İ.Ələsgərov
tərəfindən zorla diləndirilib.

İ.Ələsgərov uşağı diləndirmək üçün onu hər gün döyüb və əllərinə siqaretlə dağ
basıb. Bu yolla o, uşaqdan hər gün dilənməklə 30-120 manat arası məbləğ tələb
edib. Azyaşlı hədə-qorxu altında bu tapşırığı yerinə yetirmək üçün Zabratda
qapı-qapı dilənməyə məcbur olub. Bəxtsiz uşağın bu faciəli həyatı 2023-cü ilin
sentyabrından 2024-cü ilin yanvarınadək davam edib.

Məlumata əsasən, azyaşlının atası bir neçə il əvvəl onları atıb. Anası isə
illər əvvəl dünyasını dəyişib. Uşaq yalnız nənəsinin himayəsində yaşasa da,
yaşlı qadın ona baxa bilməyib. Azyaşlı zərərçəkəni dilənməyə məcbur edən
İ.Ələsgərov isə onların qonşusu olub.

Uşağa qarşı bu qandonduran zorakılığın qarşısını polis əməkdaşları alıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları İ.Ələsgərovu saxlayaraq, istintaqa
təhvil veriblər. Onun barəsində Cinayət Məcəlləsinin 144-2.2.3-cü (məcburi
əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə
cinayət işi başlanıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 ay
müddətinə həbs-qətimkan tədbiri seçilib.

Source link